Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib - FOTO

29 Avqust 2014 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman naziri Azad Rəhimov avqustun 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib. Apa -nın yerli bürosunun xəbərinə görə qəbulda Mingəçevir şəhərindən, eləcə də Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu rayonlarından olan vətəndaşlar iştirak edib. Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşlar daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzlərinin inşası və digər məsələlərlə bağlı olub.

Nazir 40-dan çox vətəndaşı qəbul edərək onların müraciətinə baxıb. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mediainfo.az