Şahin Mustafayev Qusarda görüş keçirib

Şahin Mustafayev Qusarda görüş keçirib

28 Avqust 2014 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Qusarda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Qusar, Quba, Xaçmaz və digər rayonlardan olan 90-dan çox vətəndaş iştirak edib.

Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda iştirak, əkin sahələrinin suvarılması üçün bənd tikintisi, kənd yolunun təmiri, uşaq bağçasının tikintisi, sosial və s. məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilmiş, taxılçılıq, heyvandarlıq, quşçuluq təsərrüfatlarının, un məmulatlarının istehsalı, logistik mərkəzin, istixananın, çörəkbişirmə müəssisəsinin, mineral su istehsalı sahəsinin yaradılması, meyvəçilik, çəltikçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Nazirliyin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların digər müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mediainfo.az