Prezident Şirvanda tikilən körpünün açılışında iştirak edib

Prezident Şirvanda tikilən körpünün açılışında iştirak edib

28 Avqust 2014 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.

Apa – nın məlumatına görə, dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır.

Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.

==================

Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb. Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.

Mediainfo.az