Şahin Mustafayevin Qəbələdə qəbul vaxtı dəyişdirilib

Şahin Mustafayevin Qəbələdə qəbul vaxtı dəyişdirilib

26 Avqust 2014 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən avqustun 29-da Qəbələdə keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, avqustun 28-də Ş. Mustafayev Qusarda Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.

Mediainfo.az