Nazir Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək

Nazir Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək

21 Avqust 2014 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən apa-ya verilən məlumata görə, Ə. Abbasov tərəfindən avqust ayının 27-si saat 10:00-da Quba rayonunda (Quba, Qusar, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsi ilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Quba rayonunda 335-50-50, Qusar rayonunda 385-31-57, Xaçmaz rayonunda 325-15-15 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Mediainfo.az