Sabah ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Sabah ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

21 Avqust 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı sabah başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Apa -ya verilən xəbərə görə, ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 8-dən aparılır. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, avqustun 22-dək uzadılıb.

Bu il ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı 33690 abituriyent ali məktəblərə qəbul olub. Bu gün saat 11:30-a olan məlumata görə, həmin abituriyentlərdən 32171 nəfər qəbul olduğu orta ixtisas təhsili müəssisələrində qeydiyyatdan keçib. TQDK-dan bildirilib ki, ali məktəblərə əsas yerləşdirmədə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Mediainfo.az