Arzu Rəhimov Tovuzda qəbul keçirəcək

Arzu Rəhimov Tovuzda qəbul keçirəcək

19 Avqust 2014 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov sabah qərb rayonlarının sakinləri ilə görüşəcək. Bu barədə apa -ya Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Görüş saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) keçiriləcək.

Görüşdə Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinləri iştirak edə bilərlər.

Mediainfo.az