A- 400M hərbi nəqliyyat təyyarəmiz olacaq

A- 400M hərbi nəqliyyat təyyarəmiz olacaq

15 Avqust 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan tərəfi təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib

Azərbaycan A-400M "Atlas" hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir. Bu barədə apa -ya hərbi mənbələrdən məlumat verilib. Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib.

Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir. "Airbus Military" şirkəti tərəfindən istehsal edilən "Atlas" təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir.

Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 130 ton, sürəti 780 km/saat təşkil edir.

Mediainfo.az