Ukraynadan Luqanska humanitar yardım

Ukraynadan Luqanska humanitar yardım

14 Avqust 2014 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hökuməti Luqanska 19 yük avtomobilindən ibarət humanitar yardım göndərib. Apa-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın İnfrastruktur Naziri Maksim Burbak məlumat verib.

"Kiyevdən Luqanska 19 yük avtomobili ilə 240 ton yardım göndərilib. Yardım əsasən un və şəkərdən ibarətdir. Xarkovdan da Luqansk sakinlərinin ehtiyaclarını ödəyəcək ləvazimatlar və ərzaqlar göndərilib. İki yük avtomobili ilə tibbi vasitələr və dərmanlar da göndərilib", - deyə M. Burbak qeyd edib.

O, göndərilən yardımın Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin yardımı ilə sakinlər arasında paylanacağını bildirib.

Mediainfo.az