Mikayıl Cabbarov Göyçayda vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Göyçayda vətəndaşları qəbul edəcək

12 Avqust 2014 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 18-i saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 12, 13, 14 və 15 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət" bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Mediainfo.az