Gürcüstandan ciddi XƏBƏRDARLIQ

Gürcüstandan ciddi XƏBƏRDARLIQ

6 Avqust 2014 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan Daxili İşlər Nazirliyi bu ölkədən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Apa-nın məlumatına görə, qurumun bəyanatında bildirilir ki, Azərbaycanda "Euro-4" ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.

Sənədləşdirmə proseduru ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) saytında tanış olmaq olar.

Məlumatda həmçinin qeyd olunub ki, yuxarıda qeyd olunan prosedur qaydaları müvafiq qanunvericiliklə tənzimlənir və onu pozan şəxslərə qarşı tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan "Euro-4" standartına cari ilin aprelin 1-dən keçib.

Nazirlər Kabinetinin "Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin "Euro-4" ekoloji normalarına uyğunlaşdırılması barədə" 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə "Euro-4" ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların "Euro-4" ekoloji normalara uyğun olması əsas götürüləcək.

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *

1997 - 2000

2001 - 2004

2005-dən

01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel

1997 - 2001

2002 - 2004

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 - 2000

2001 - 2003

2004-dən

Yaponiya

1998 - 2004

2005 - 2010

2011-dən

0

Çin

2004 - 2007

2008-dən

2011-dən

-

Koreya

2001 - 2002

2003 - 2005

2006-dan

-

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

2014-dən

-

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

2014-dən

-

Belarus

2006 - 2007

2008-dən

2014-dən

-

Özbəkistan

2007 - 2009

2010-dan

2012-dən

-

Qazaxıstan

2006 - 2011

2012-dən

2014-dən

-

Rusiya

2006 - 2007

2008-dən

2013-dən

2014-dən

Türkiyə

-

-

2009-dan

-

İran

2009-dan

-

-

-