Əli Abbasov iranlı həmkarını qəbul edib

Əli Abbasov iranlı həmkarını qəbul edib

6 Avqust 2014 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İranın rabitə və informasiya texnologiyaları nazirini Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Apa-ya verilən məlumata görə, görüşdə Ə. Abbasov ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb.

Əməkdaşlığın daha da möhkəmləndirilməsində səfərlərin vacibliyinə də diqqət çəkən nazir Tehrana İrana rəsmi səfəri zamanı keçirdiyi görüşlərin səmərəli, faydalı nəticələrini qeyd edərək, rabitə və informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi və yeni istiqamətlərindən söz açıb.

İranlı nazir, eyni zamanda həmkarı Ə. Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Tehrana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini, ümumilikdə İranda görüşlərin hər iki tərəf üçün məmnunluq və faydalı prinsiplər üzərində qurularaq uğurla başa çatdığını, həmçinin yaxın vaxtlarda İşçi Qrupun görüşünün təşkil olunacağını bildirib.

Mediainfo.az