Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçirilib

Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçirilib

3 İyun 2014 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçirilib. Apa-nın məlumatına görə, müsabiqədə iştirakla bağlı 390-a yaxın hüquqşünas müraciət edib. Vakant ştat vahidləri əsasən nazirliyin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir.

İmtahan vahid auditoriyada keçirilib və ictimai təşkilatların nümayəndələri tərəfindən müşahidə edilib. İmtahan Ədliyyə Nazirliyinin rəsmi saytında da canlı yayımlanıb.

İmtahanın nəticələri bu gün açıqlanacaq.

Mediainfo.az