Müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq

Müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq

2 İyun 2014 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq və bu imtahanlar 4 gün davam edəcək." Bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini İlham Nağıyev bildirib. O qeyd edib ki, imtahanlar iyunun 10-u, 11-i, 12-si və 13-də təşkil olunacaq.

Həmin günlərdə bütün fənn müəllimləri eyni vaxtda imtahan verəcək. İbtidai sinif müəllimlərinin sayı çox olduğundan onlar 2 gün imtahan verəcəklər.

İmtahanların keçirilməsi üçün paytaxtda müəllim saylarına uyğun olaraq 30 mərkəz seçilib. "3-4 gün əvvəl məktəblərin hər birinə bildirişlər göndəriləcək. Burada isə müəllimin hansı gün, saat, hansı məktəbdə, yer və sırada imtahan verəcəyi əks olunacaq".

Mediainfo.az