Yeddi min litrdən artıq keyfiyyətsiz sərinləşdirici içki məhv edilib

Yeddi min litrdən artıq keyfiyyətsiz sərinləşdirici içki məhv edilib

6 İyun 2011 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş sərinləşdirici içkilərin məhv edilməsi barədə bu məhsulların istehsalçıları Məhərrəm Nəsibova, Mahal Yusifova və İzayət İsmayılova icrası məcburi göstəriş vermişdi.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 7 min 152 litr sərinləşdirici içki Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir.

Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən Məhərrəm Nəsibov, Mahal Yusifov və İzayət İsmayılov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Haqsız rəqabətə yol verənlərə haqlı iş qaldırıldı.

Tofiq Əliyev

O.M.