Avropanın ən bahalı şərablarını asiyalılar aldılar

Avropanın ən bahalı şərablarını asiyalılar aldılar

4 İyun 2011 18:20
Bəyəndim (0) Bəyənmədim (0)

Baltik dənizində batmış yelkənli gəmidən 2010-cu ildə götürülmüş dünyada ən qədim iki şüşə şampan şərabı iyunun 3-də Finlandiyada hərracda satılıb. İki lotdan 54 min avro əldə edilib. Avropa ekspertlərinin rəyinə görə, bu şərab növlərinin 180 ilə yaxın yaşı var. XIX əsrə aid bir şüşə "Dul qadın Kliko" şərabı 30 min, "Juqlar" şərabı isə 24 min avroya satılıb. Hər iki lotun alıcısı Asiyadandır. Alıcılar barədə təfərrüatlar açıqlanmır.
Şərabın sahibi, Aland adaları hökumətinin mədəniyyət naziri Britt Lundberq deyib: "Bu hadisənin nadirliyi ondadır ki, dünyada ilk dəfədir belə qədim şərab satılır. Bu, həm də Finlandiyanın tarixində alkoqollu içkilərin satıldığı ilk hərracdır."
Əlavə edək ki, ölkədə alkoqol üzərində dövlət inhisarı mövcuddur və buna görə də hərracın həmtəşkilatçısı "Alko" dövlət şirkəti olub. Aland adaları hökumətinin qərarı ilə bu hərracdan əldə olunmuş gəlir xeyriyyə məqsədlərinə - Baltik dənizində suyun keyfiyyətinin yaxşılaşdırılması üzrə ekoloji tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.

Mollalar isə hələ də inad edirlər ki. şərab şər suyudur. Halbuki, o da bəzən xeyriyyə işlərinə xidmət etdi...

Könül Aypara

O.M.