Amerikanın iqtisadiyyatı çökür?

Amerikanın iqtisadiyyatı çökür?

6 Aprel 2011 18:39
Bəyəndim (0) Bəyənmədim (0)
Cümə günü son qərar qəbul ediləcək


Amerikada demokratlar və respublikaçılar arasındakı büdcə mübahisəsinin kritik anları yaxınlaşıb. Respublikaçıların büdcə xərclərindən 61 milyard dollarlıq kəsilmə tələbinə qarşılıq "Ağ Ev" 33 milyard dollar təklif etdi. Bu minvalla da danışıqlar çıxmaza doğru sürüklənməkdədir. Tərəflər ortaq məxrəcə gəlməzsə, ABŞ rəhbərliyi 16 il sonra ilk dəfə "shutdown" etmək məcburiyyətində qalacaq. Yəni hökumət büdcəsindən bir çox ictimai təşkilata pul ötürülməsi kəsiləcək, təşkilatlar taleyi ilə təkbətək qalacaqlar. Bundan başqa, bir çox ictimai qurumdakı işlər dayanacaq, on minlərlə adam müvəqqəti olaraq işini itirəcək, bəziləri maaşlarını almayacaq, viza və pasport əməliyyatları dayanacaq, iqtisadiyyatda böyük itkilər yaşanacaq.

O.M.