Satıcılar ətin qiymətini salmaq istəmirlər

Satıcılar ətin qiymətini salmaq istəmirlər

6 Aprel 2011 17:24
970
Bəyəndim (0) Bəyənmədim (0)
Alıcılar isə vəziyyətdən narazıdır


O.M. srağagün xəbər verdiyi kimi, ət məhsullarının qiyməti 1 manat ucuzlaşmışdır. Hökumətin bu qərarına baxmayaraq, hələ də satıcılar tərəfindən aksiyaya müqavimət göstərilir. Belə ki, gələn müştərilərə hələ köhnədən baha qiymətə alınmış heyvanların ətinin satıldığı bildirilir. Bir neçə obyektdə baxış keçirərkən biz də bu halla qarşılaşdıq. Suallarımızın isə cavabı qısa və istehzalı oldu: "ucuz ətin şorbası olmaz". Hələ ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri məsələyə ciddi müdaxilənin vacib olmadığını düşünürlər. Görünür, satıcılar onları da inandıra biliblər və ya hələlik bütün diqqət təchizat məsələlərinə yönəlib.

Fakt üzrə araşdırmalarımızı davam etdirəcəyik.

O.M.