Yeni aerovağzal kompleksində ən son elmi-texniki yeniliklər tətbiq ediləcək

Yeni aerovağzal kompleksində ən son elmi-texniki yeniliklər tətbiq ediləcək

2 İyun 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)


Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa olunan yeni aerovağzal kompleksi iki ildən sonra istifadəyə veriləcək. Milli və modern memarlıq elementlərinin sintezi əsasında üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Yeni terminalda 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar olacaq. Bununla yanaşı mövcud terminal tam müasirləşdiriləcək ki, buradan yerli aviareyslər həyata keçiriləcək. Uçuş-enmə zolağının eni və uzunluğu dünyanın ən böyük aerobuslarını qəbul etməyə imkan verəcək, perron və yönəldici yollar yenidən qurulacaq. Qeyd edək ki, yeni aerovağzal kompleksinin ərazisi 58 min kv. metr təşkil edəcək.

"Uçmaq" ən son elmi-texniki yeniliklərlə həyata keçiriləcək.

Tofiq Əliyev

O.M.