İş adamları, Fransadakı yarmarkaya qatılma şansınız var

İş adamları, Fransadakı yarmarkaya qatılma şansınız var

31 May 2011 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 2-5-də Fransanın Aşağı Normandiya regionunda yerləşən L'eql şəhərində 54-cü ənənəvi Beynəlxalq Yarmarka keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən rəsmi şəxslərlə yanaşı, iş adamlarının iştirakı da nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikasının Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən yarmarkanın ölkəmiz üçün ayrılmış hissəsində müxtəlif məhsullarımız nümayiş olunacaq, biznes və investisiya imkanlarımız təqdim ediləcək. Yarmarkada iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat almaq üçün AZPROMO-ya müraciət edə bilərlər.

Həm ziyarət, həm də ki, ticarət.

Könül Aypara

O.M.