Gürcüstanda Yaponiyadan gətirilən maşınların radiasiya səviyyəsi yoxlanılıb

Gürcüstanda Yaponiyadan gətirilən maşınların radiasiya səviyyəsi yoxlanılıb

30 May 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan Ətraf Mühiti Mühafizə Nazirliyi Rustavi avtomobil bazarında satışa çıxarılan yapon maşınlarında radiasiyanın olub-olmamağını yoxlayıb. Zəlzələdən sonra Yaponiyadan satış məqsədi ilə Gürcüstana gətirilən avtomobillər ən müasir detektorlarla yoxlanılıb. Yoxlanışa səbəb əhali arasında Yaponiya avtomobillərində radiasiyanın olması barədə xəbərlərin dolaşması olub. Radiasiyanın yoxlanılmasında iştirak edən nazirliyin ətraf mühitin çirkləndirilməsi monitorinqi departamentinin rəisi Marina Arabidze jurnalistlərə açıqlamasında bildirib ki, mütəxəssislər havanın çirkləndirilməsi səviyyəsini, şüalanma və radiasiya fonunu yoxladıqdan sonra belə qənaətə gəliblər ki, ölkəyə idxal olan maşınlarda insanların sağlamlığına xələl gətirə biləcək heç bir radiasiya təhlükəsi yoxdur. Xatırladaq ki, Rustavi avtomobil bazarından alınan avtomobillər bu ölkədən tranzit yolu ilə Azərbaycana, Qazaxıstana və Ermənistana göndərilir.

Vaxtilə ən keyfiyyətli hesab olunan yapon məhsulları, indi hətta "kitay" məhsullarından da çox təhlükə yaradır. Atalar düz deyib, kimin əvvəli kimin axırı...

Tofiq Əliyev

O.M.