Valyuta Birjasında hərracların yekunları necə oldu?
Birjanın elektron hərraclar sistemində (BEHS) mayın 26-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7884 AZN-ə bərabər idi. Elektron hərraclar sistemində səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7900 AZN-ə bərabər olmuşdur. USD/AZN T+0 aləti üzrə 5 471 928 AZN məbləğində əqd qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7884 AZN olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 470 602 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7884 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 7 526 000 milyon dollar, yaxud 5 942 530 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır. AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər. BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,38 faiz, ABŞ dolları üzrə isə 11,90 faiz təşkil etmişdir.
Könül Aypara
O.M.






.jpg)

.jpg)
.jpg)


























































.jpg)
.jpg)
















