MTN-in İstintaq təcridxanası təmir olunacaq

MTN-in İstintaq təcridxanası təmir olunacaq

14 Fevral 2014 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və onun müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında və müvəqqəti saxlanma yerində monitorinq keçiriblər. Bu barədə məlumat verən E. Behbudov orada saxlanılan "Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimli ilə maraqlandıqlarını deyib: "Bizə bildirdilər ki, fevralın 13-də Pərviz Həşimliyə həyat yoldaşı və övladı ilə görüş verilib. Daha sonra orada saxlanılan Asəf Daşdəmirov və İlqar Dadaşov adlı şəxslərlə görüşdük. Hər biri vəkillə təmin olunub. Özlərini təqsirli bilirlər".

E. Behbudov bildirib ki, saxlanma şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə yaxın vaxtlarda MTN-in İstintaq təcridxanasında təmir işlərinə başlanılacaq.