İsrail 20 mln. dollar təzminat ödəməkdən imtina edib

İsrail 20 mln. dollar təzminat ödəməkdən imtina edib

13 Fevral 2014 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Binyamin Netanyahu 2010-cü ilə "Mavi Marmara" gəmisində ölən Türkiyə vətəndaşlarının qohumlarına 20 milyon dollar təzminatın ödənilməsini nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.

Apa-nın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, B.Netanyahu radikal sağ qüvvələrin təpkisindən çəkindiyini bəyan edib.

Bundan əlavə İsrailin baş naziri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Qəzza zolağının mühasirəsinə son qoyulmasına dair tələbini rədd edib.