İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin biznes-forumu keçiriləcək

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin biznes-forumu keçiriləcək

12 Fevral 2014 14:37
571
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) apa-ya verilən məlumata görə, biznes forumun fevralın 19-da İstanbul şəhərində keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə İstanbula səfər təşkil olunacaq.

Biznes-foruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin rəsmi nümayəndələri və iş adamları qatılacaq. Tədbir Türkiyə Ticarət və Sənaye Palataları və Birjaları Birliyinin (TOBB) inzibati binasında keçiriləcək. Azərbaycan iş adamları bu biznes forumda iştirak etməyə dəvət edilir.

Forumda iştirak və şirkətini təmsil edəcək şəxslər Azpromo-ya müraciət edə bilərlər.