Əlil arabasında hərəkət edən şəxslərə minik avtomobilləri gətiriləcək

Əlil arabasında hərəkət edən şəxslərə minik avtomobilləri gətiriləcək

11 Fevral 2014 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabalarında hərəkət edən şəxslər üçün Azərbaycana xüsusi minik avtomobillərinin gətirilməsi məsələsini nəzərdən keçirir.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir həmçinin bu il ərzində əlillərin avtomobillərlə təminatına dair siyahının aradan qaldırılmasının gözlənildiyini və növbədə duran şəxslərin hamısının avtomobillə təmin olunacağını açıqlayıb. Belə ki, dövlət başçısının əllilərin pulsuz olaraq avtomobillərlə təmin olunması üçün ayırdığı 5 mln. manat vəsait artıq Naxçıvan Avtomobil Zavodunun hesabına köçürülüb. Bu müəssisə bütün lazımi hissələrin ölkəyə gətirilməsi və müəssisədə avtomaşınların yığılması üçün artıq müvafiq müqavilələr də imzalayıb.

S.Müslümov deyib ki, avtomobil hissələrinin müəyyən hissəsi artıq ölkəyə gətirilib: "Məndə olan məlumata görə, Naxçıvan Avtomobil Zavodu may ayının sonuna qədər bütün avtomobilləri bizə təhvil verəcək. Düşünürəm ki, bu il həmin siyahılar artıq yekunlaşacaq".