Neftin qiyməti bahalaşmaqda davam edir

Neftin qiyməti bahalaşmaqda davam edir

26 May 2011 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya birjalarında neftin qiyməti ötən gün də artmışdır. Nyu-Yorkun "NYMEX" (Nyu-York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 1,73 dollar artaraq 101,32 dollara, Londonun YOL (Intercontinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barelinin qiyməti 2,40 dollar bahalaşaraq 114,93 dollara satılmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi əməliyyatlar İdarəsindən bildirmişlər ki, ötən gün "Azəri layt" markalı neftin bir barelinin qiyməti London birjasında 2,08 dollar yüksələrək 118,47 dollara çatmışdır.

Neftin qiymətinin qalxması insanları "ayağa qalxmağa" vadar edir, həm də əksinə. Beləcə, Yaxın Şərq hadisələri bizim büdcəmizə əlavə gəlirlər gətirir...

Tofiq Əliyev

O.M.