Ağdaşda qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

Ağdaşda qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

26 May 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olublar. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, rayonda məskunlaşan 840 məcburi köçkün ailəsinə 28 May - Respublika Günü və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ərzaq məhsullarından ibarət bağlama təqdim edilmişdir. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

O gün olsun, bayramlarda sovqat yox, qələbə təbrikləri paylansın...

Tofiq Əliyev

O.M.