İş adamlarımız İstanbulda keçiriləcək zərgərlik sərgisinə dəvət olunub

İş adamlarımız İstanbulda keçiriləcək zərgərlik sərgisinə dəvət olunub

5 Fevral 2014 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə "Istanbul Jewelry Show" 38-ci beynəlxalq zərgərlik məmulatları sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, sərgi martın 20-23-də İstanbul şəhərində baş tutacaq.

Sərgidə iştirak edəcək qonaq firma nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanmaqdadır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən iş adamları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.