"28 May"da yenilik: 10 keçid aparatı qoyulacaq

"28 May"da yenilik: 10 keçid aparatı qoyulacaq

3 Fevral 2014 14:11
467
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Metropoliteninin "28 May" stansiyası yaxınlığındakı ventilyasiya köşkü artıq yenilənib, giriş meydançasında qranit təbəqə döşənib.

Metropolitendən verilən məlumata görə, vestibülün mərmər-qranit təbəqəsində və elektrik sistemləri ilə bağlı tədbirlər başa çatdırıldıqdan sonra avadanlıqlar quraşdırılacaq. Stansiyanın tələbatı nəzərə alınaraq, burada 10 keçid aparatı qoyulacaq.

Məlumata görə, eskalator meydançası sahəsində günbəz altında işıqlandırma sistemi quraşdırılıb. Burada quraşdırılmış çilçıraq həm də qəza işığı funksiyasını daşıyacaq. Bir həftə ərzində tavan işıqlandırması yekunlaşdırılacaq və daha sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlanılacaq.

Texnoloji korpusun əsas obyekti, hərəkətin təşkili və ümumiyyətlə, metropolitenin fəaliyyətinin təşkili və nizamlanmasında ən vacib sahə olan dispetçer məntəqələri və onların təchizatı üzərində işlər də tamamlanma mərhələsindədir. Dispetçer məntəqələrinin özündə də bütün təşkilati işlər yekunlaşıb.