"Kia Motors Azərbaycan" ən yüksək artımına görə fərqləndi

"Kia Motors Azərbaycan" ən yüksək artımına görə fərqləndi

26 May 2011 00:52
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda "Kia Motors"un MDB (Rusiyadan başqa) və Şərqi Avropa regionu üzrə distribüterlərinin toplantısı keçirilmişdir. İki ildən bir keçirilən bu tədbirdə "Kia"nın ölkələrdə satışı, inkişaf perspektivləri, ayrı-ayrı distribüterlərin nailiyyətləri müzakirə olunur, fərqlənən distribüterlər isə mükafatlandırılır. Bu ilin birinci rübünün nəticələrinə görə, "Kia Motors Azərbaycan" şirkəti MDB və Şərqi Avropa regionunda ən yüksək artım göstəricilərinə malik distribüter elan olunaraq mükafatlandırılmışdır. Mükafatı "Kia Motors Azərbaycan" şirkətinin prezidenti Faiq Səfərova "Kia Motors" korporasiyasının vitse-prezidenti Kenni Li və korporasiyanın MDB və Şərqi Avropa regionu üzrə prezidenti Yanq Ho-Son təqdim etmişlər.

Könül Aypara