Gəncə dayanacaqlarındakı ticarət obyektlərində reyd keçirilib

Gəncə dayanacaqlarındakı ticarət obyektlərində reyd keçirilib

23 May 2011 12:06
738
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədəki dayanacaqlar və onların ətrafında fəaliyyət göstərən ticarət obyektlərində yoxlamalar keçirilib. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının keçirdiyi reyd zamanı Heydər Əliyev prospektində yerləşən və qida məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərində bir sıra nöqsanlar aşkar edilib.

Bu obyektlərdə əsasən dönər, qutab və digər məhsullar bişirilərək satıldığından, aparılan yoxlamalar zamanı dayanacaqlarda satılan qida məhsulları və sərinləşdirici suların heç bir normalara cavab vermədiyi aşkarlanıb. Həmçinin dayanacaqlarda su və kanalizasiya xətləri olmadığından burada antisanitar vəziyyət hökm sürür. Aşkarlanan qanun pozuntuları ilə bağlı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşları tərəfindən obyekt sahiblərinə xəbərdarlıq edilərək, iki gün müddətində bu satışı ləğv etmədikləri təqdirdə, onlara qarşı inzibati qaydada tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bundan sonra da reydlərini davam etdirəcəklər.

Dayanacaqlarda fəaliyyət göstərən və normalara cavab verməyən bu anormal ticarət obyektlərinin son dayanacaqları zibillikdir...

Tofiq Əliyev

O.M.