Yeni taksilər gələn ay sərnişinlərin istifadəsinə veriləcək

Yeni taksilər gələn ay sərnişinlərin istifadəsinə veriləcək

23 May 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, iyun ayından etibarən yeni taksilərin sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Nəqliyyat Nazirliyinin mətbuat xidməti katibliyinin rəhbəri Namiq Həsənovun məlumatına görə, ayın sonunadək Bakıya İngiltərədən 100 bənövşəyi rəngli taksi gətiriləcək. Bu avtomobillər iyun ayından etibarən sərnişinlərin istifadəsinə veriləcək. İlin axırınadək isə İngiltərədən daha 800 taksinin gətirilməsi nəzərdə tutulub.

Artıq meqapolisə çevrilməkdə olan paytaxtımızda sərnişindaşımanın keyfiyyətini artırmaq və taksi parkının yeniləşməsinə kömək məqsədi ilə London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən, şirkət "Bakı Taksi Compani" Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən min "TX4" markalı avtomobil satacaq. Yeni taksilər "Avro-4" standartlarına uyğundur və şəhər daxilində yüksək manevr etmək imkanlarına malikdir. Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradacaqdır. Bu avtomobillərin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.

Bundan əlavə, avtomobil əlil və uşaq avtomobillərinin salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Avtomobillərdə sayğaclar da quraşdırılmış. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulmuş "Call Center"-dən (informasiya mərkəzi) də istifadə oluna bilər.

Taksi xidmətini müasirləşdirmək üçün sürücüləri dəyişmək lazımdır...

Tofiq Əliyev

O.M.