Saxta peçenye istehsal edən sahibkara maliyyə sanksiyası

Saxta peçenye istehsal edən sahibkara maliyyə sanksiyası

19 May 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)


İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Günəşli qəsəbəsi, V yaşayış massivi, 40/41-ci məhəllədə Elçin İsmayılova məxsus istehsalat sahəsində peçenye istehsalında pozuntular aşkar edib.


Məlum olub ki, burada peçenye məhsulları müvafiq reseptura olmadan istehsal edilir, məhsulların etiketlərində istehsalçının ünvanı göstərilmir, peçenyelərin yararlılıq müddəti heç bir normativ sənədə əsaslanmadan təyin edilir, habelə peçenye məhsullarının istehsalında xammal kimi mənşəyi məlum olmayan duzdan istifadə olunur. Bununla bağlı olaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılarkən "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə sahibkar Elçin İsmayılova 1,5 min manat maliyyə sanksiyası tətbiq edilib.




Tofiq Əliyev


O.M.