Sərnişin qatarlarının hərəkət cədvəli dəyişir - CƏDVƏL

Sərnişin qatarlarının hərəkət cədvəli dəyişir - CƏDVƏL

19 May 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)


Bu il mayın 29-dan etibarən Azərbaycanda 2011-2012-ci illər üçün sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, yeni hərəkət cədvəlinə əsasən bəzi dəyişikliklər ediləcək. Şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində "*" (ulduz) nişanı ilə göstərilən dayanacaqlar "texniki dayanacaq" sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.


Yeni Belarus Dəmir Yoluna məxsus olan 31 PL-52/2 Brest-Bakı birbaşa vaqonu yalnız yay mövsümündə həftədə bir dəfə təyin olunacaq. Vaqon Brestdən həftənin 5-ci günləri 68 №-li Brest-Volqoqrad qatarının quyruq hissəsinə Yelets stansiyasına kimi qoşulur və həftənin 6-cı günləri Yelets stansiyasında açılıb 56 №-li Moskva-Bakı qatarına qoşulacaq. Bakıya vaqon həftənin 2-ci günləri çatacaq. 8 iyun 2011-ci il tarixdən etibarən vaqon geriyə Bakıdan həftənin 3-cü günləri 31 №-li Bakı-Kiyev qatarının quyruq hissəsinə Volqoqrada kimi qoşulmaqla yola çıxacaq. Vaqon həftənin 4-cü günləri Volqoqrad stansiyasında qatardan açılıb 67 №-li Volqoqrad-Brest qatarlarına Brestə kimi qoşulacaq və həftənin 6-cı günləri Brest stansiyasına çatacaq.

55/56 saylı Bakı-Moskva sürət qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Moskvadan saat 18.05-də yola düşəcək.


31/32 saylı Bakı-Kiyev sürət qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Kiyevə saat 15.43-də çatacaq, Kiyevdən 6.20-də yola düşəcək.


369/370 Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.


373/374 Bakı-Tümen sərnişin qatarı (Rusiya d.y.) ayın cüt tarixləri saat 6.00-da Bakıdan yola düşəcək, saat 1.25-də Bakıya çatacaq. Ayın cüt tarixləri saat 15.39-da Tümenə çatacaq, ayın tək tarixləri saat 14.24-də Tümendən yola düşəcək. Qatar günaşırı hərəkətdə olacaq. Qatarın tərkibində yalnız qoşma Yujno-Uralsk Dəmir Yoluna məxsus olan Çelyabinsk-Bakı, Kuybışev Dəmir Yoluna məxsus olan Ufa-Bakı (yay mövsümündə, yenə hərəkət cədvəlində plaskart vaqonun əvəzinə kupe vaqonu hərəkət edəcək) və Samara-Bakı, Privolcsk Dəmir Yoluna məxsus olan Saratov-Bakı qoşma vaqonu hərəkət edəcək.


Birbaşa Zapadno-Sibirsk Dəmir Yoluna məxsus 29, 30 PL-52/2 Novosibirsk-Bakı, Ulyanovsk-Bakı (Kuybışev Dəmir Yolu), Kazan-Bakı İjevsk-Bakı (Qorki Dəmir Yolu) qoşma vaqonların hərəkəti dayandırılıb.


313/314 Bakı-Sankt-Peterburq sərnişin qatarı ("ADY" QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.


391/392 Bakı-Rostov sərnişin qatarı (Şimali Qafqaz d.y.) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək. Rostovdan saat 17.02-də yola düşəcək.


38/37 Bakı-Tiflis sərnişin qatarı ("ADY" QSC) yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Yeni hərəkət cədvəlinə uyğun olaraq qatar 21-00-da Bakıdan yola düşəcək, saat 10.20-də Bakıya çatacaq. Saat 12.15-də Tiflisə çatacaq, saat 16.00-da Tiflisdən yola düşəcək.


Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində "*" nişanı qeyd olunmuş) bilet satışı qadağandır.


Yerli istiqamətində hərəkət edən qatarların yola düşmə və çatma vaxtlarında da bəzi dəyişikliklər ediləcək.


Sərnişin qatarlarının 2011/2012-ci illər üçün hərəkət cədvəli


(29.05.2011-cu ildən)

Qatarlar

Bakıdan getmə vaxtı

Bakıya gəlmə vaxtı

İstiqamət

Son məntəqəyə çatma vaxtı

Son məntəqədən çıxma vaxtı

Qeyd

55/56

I, III və V günlər

21-55

(Bakı vaxtı)

VII, II və IV günlər

6-10

(Bakı vaxtı)

Bakı-Moskva

IV, VI və I günlər

4-41

(Moskva vaxtı)

IV, VI və I günlər

18-05

(Moskva vaxtı)

Həftədə 3 dəfə

(Bakıdan VI günlər-fakultativ)

31/32

III günlər

0-30

(Bakı vaxtı)

II günlər

3-45

(Bakı vaxtı)

Bakı-Kiyev

V günlər

15-43

(Kiyev-vaxtı)

VI günlər

6-20

(Kiyev-vaxtı)

Həftədə

1 dəfə

38/37

21-00 (Bakı vaxtı)

10-20 (Bakı vaxtı)

Bakı-Tbilisi

12-15 (Tbilisi vaxt)

16-00 (Tbilisi vaxtı)

Hər gün

313/314

IV günlər

0-30 (Bakı vaxtı)

III günlər

6-10 (Bakı vaxtı)

Bakı-S/Peterburq

VII günlər

2-52 (Moskva vaxtı)

VII günlər

7-30 (Moskva vaxtı)

Həftədə

1 dəfə

369/370

V günlər

0-30 (Bakı vaxtı)

III günlər

3-45 (Bakı vaxtı)

Bakı-Xarkov

VII günlər

5-26 (Kiyev vaxtı)

VII günlər

15-56 (Kiyev vaxtı)

Həftədə

1 dəfə

373/374

6-00

(cüt tarixlər)

(Bakı vaxtı)

1-25

(cüt tarixlər)

(Bakı vaxtı)

Bakı-Tümen

15-39

(cüt tarixlər)

(Moskva vaxtı)

14-24

(tək tarixlər)

(Moskva vaxtı)

Günaşırı

391/392

II və VII günlər

0-30 (Bakı vaxtı)

VI və I günlər

6-10 (Bakı vaxtı)

Bakı-Rostov

III və I günlər

8-06 (Moskva vaxtı)

IV və VI günlər

17-02(Moskva vaxtı)

Həftədə

2 dəfə








Yerli qatarlar

96/97

22-05

8-30

Bakı-Ağstafa

9-30

19-50

Hər gün

656-664/

655-663

21-15

7-50

Bakı-Köçərli-Balakən

Köçərli

Balakən


6-45

10-15


21-40

18-10

Hər gün

660-672/

659-671

23-00

6-25

Bakı-Astara-Horadiz

Astara

Horadiz


8-55

7-55


19-30

20-50

Hər gün

662-666/

661-665

22-20

10-00

Bakı-Qazax-B./Kəsik

Qazax

Böyük-Kəsik


11-50

12-30


19-30

18-40

Hər gün

602/601

7-20

23-40

Bakı-Gəncə

15-00

15-30

Hər gün (IV gün yoxdur)

616/615

17-00

15-02

Bakı-Mingəçevir

0-32

7-00

Hər gün

(Bakıdan- II, Mingəç.- III yoxdur)

618/619

7-40

23-30

Bakı-Astara

15-00

15-35

Hər gün (I gün yoxdur)


Çalışın həyatda qatarınız getməsin...


Tofiq Əliyev


O.M.