"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edib

"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edib

19 May 2011 10:22
Bəyəndim (0) Bəyənmədim (0)


Milli Məclis Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" qanununa dəyişikliklər etmişdir. Layihədə 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapmışdır. Bununla da cari ilin iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası 40 faizə qədər artacaq. Bunun üçün isə illik təxminən 390 milyon manat büdcə vəsaiti sərf olunacaq.


Qanuna təklif olunan əlavədə deyilir: "2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyalar, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır ".


Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaq. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiya çıxanları təqaüdləri arasındakı fərq bağlanacaq. Pensiyası yüksək olan şəxslərin pensiyalarında isə azalma olmayacaqdır. Bu dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçuların, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil olunmayacaq.

Rusların belə bir sözü var: "Старость не радость (qocalıq sevindirici deyil)"


Tofiq Əliyev

O.M.