Keyfiyyətsiz içkilər məhv edilib

Keyfiyyətsiz içkilər məhv edilib

19 May 2011 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müvafiq reseptura olmadan istehsal edilmiş, saxta sərinləşdirici içkilərin məhv edilməsi barədə "Aslan" MMC-yə və Tahir Nəbiyevə icrası məcburi göstəriş vermişdi. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 3.159 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir. Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən "Aslan" MMC və sahibkar Tahir Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Sən demə, ölkədə ən "böyük" inhisarçı adıçəkilən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) imiş. Gülməyə inhisar qoymasaydılar adamın gülməyi gələrdi...

Tofiq Əliyev

O.M.