Saatlıda 2 min tonluq soyuducu anbar kompleksi inşa edilib

Saatlıda 2 min tonluq soyuducu anbar kompleksi inşa edilib

18 May 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)



Saatlı rayonunun Gomuşçu kəndinin ərazisində, Hacıqabul-Bəhramtəpə magistral yolunun yaxınlığında tutumu 2 min ton olan soyuducu anbar kompleksi inşa edilmişdir. 1,5 hektar ərazidə tikilən və smeta dəyəri 3,2 milyon manat olan soyuducu kameranın inşası üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 milyon manat məbləğində uzunmüddətli güzəştli kredit ayrılmışdır. Soyuducu anbar kompleksi üçün avadanlıqlar Türkiyə, Almaniya və İtaliyadan alınmışdır. Burada 24 nəfər daimi işçi çalışacaqdır. Mövsümi işlərə isə 60 nəfər əlavə işçi cəlb ediləcəkdir.


Soyuducu anbar kompleksində qaynar işlər aparılacaq.

Tofiq Əliyev

O.M.