“2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiqlənib

“2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiqlənib

17 May 2011 09:48
Bəyəndim (0) Bəyənmədim (0)


Prezident İlham Əliyev "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin etmək məqsədilə imzalanıb. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.


Qiymətli kağızlar dəyər qazanacaqlar...

Tofiq Əliyev

O.M.