Nəqliyyat intellektual şəkildə idarə olunacaq

Nəqliyyat intellektual şəkildə idarə olunacaq

16 May 2011 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması gələn il fevralın sonunda başa çatacaq. Nəqliyyat Nazirliyindən verilən məlumat görə, intellektual idarəetmə mərkəzinin tikintisi üzrə işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Sistem çərçivəsində avtobus dayanacaqları üçün təqribən 640 meydanın ("cib"lərin), eləcə də taksilər üçün 140 meydanın yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılmış, daha 290-dək dayanacağın yaradılması nəzərdə tutulur. Həmçinin 42 dayanacağın yerinin dəyişdirilməsi də planlaşdırılmışdır ki, onlardan da 10-u ləğv olunacaq. Bakıda intellektual sistemin yaradılması çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq və burada elektron tablolar yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını peyk vasitəsilə müşahidə etməyə imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcək. Bundan başqa, intellektual sistem çərçivəsində elektron tipli 150-yə yaxın yeni svetoforun yerləşdirilməsi də nəzərdə tutulur.

Belə getsə, sərnişinləri səsləmək, siqaretlə boğmaq, harada gəldi saxlamaq və bu kimi "milli dəyərlərimizi" unutmalı olacağıq...

Tofiq Əliyev

O.M.