Azərbaycanda nikahların sayı artıb

Azərbaycanda nikahların sayı artıb

30 Avqust 2013 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

2013-cü ilin ilk 6 ayında doğum faktının qeydiyyatı 78 700-ə, nikahların sayı da 15 faiz artaraq 38 500-ə çatıb.Oxumeni.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə bu gün keçirilən nazirliyin Kollegiya iclasında bildirilib.İclasda qeyd edilib ki, ümumilikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 168 mindən çox əməliyyat aparılıb, notariat hərəkətlərinin sayı isə 1,7 milyonu ötüb.Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayı artıb, bu il 70 belə qurum dövlət qeydiyyatına alınıb, 72 mətbu nəşr uçota götürülüb.Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3900-ə çatıb, KİV-in sayı isə 4800-ü ötüb.

O.M.