Milli qəhrəmanlar üçün 1000 manat aylıq təqaüd müəyyən edilib

Milli qəhrəmanlar üçün 1000 manat aylıq təqaüd müəyyən edilib

29 Avqust 2013 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə fərman imzalayıb.Oxumeni.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 (bir min) manat müəyyən edilib. Dövlət başçısının digər bir sərəncamı ilə "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilib.İlham Əliyev daha bir sərəncamına əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 (iki yüz) manat müəyyən edilib.

O.M.