Yol polisimizin yeni maşınları

Yol polisimizin yeni maşınları

28 Avqust 2013 14:35
Bəyəndim (0) Bəyənmədim (0)
Avtomobillər rayonlara paylanılacaq

Azərbaycana Dövlət Yol Polisi üçün patrul avtomobillərinin yeni partiyası gətirilib. Avtomobillər Cənubi Koreya istehsalı olan KİA Sorento markalı maşınlardır. Oxumeni.az xəbər verir ki, Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Kamran Əliyev bu barədə informasiyanı təsdiqləyərək, yeni avtomobillərin Yol Polisinin regional bölmələri arasında paylanılacağını bildirib. "Avtomobillərdə cərimələri yerində ödəmək üçün POS-terminallar və elektron məlumat bazalı kompyuterlər olacaq" – deyə, o bildirib.K.Əliyev ölkəyə gətirilmiş avtomobillərin sayı barədə suala cavab olaraq bildirib ki, "bu barədə informasiya açıqlanmır".

O.M.