Azərbaycanın özünün “911” xidməti olacaq

Azərbaycanın özünün “911” xidməti olacaq

26 Avqust 2013 17:45
Bəyəndim (0) Bəyənmədim (0)
Təcili yardım nömrəsinə zəng pulsuzdur

Azərbaycanda vahid operativ kömək telefonu – "112" xidmətini tətbiq etmək planlaşdırılır.Oxumeni.az xəbər verir ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiya Nazirliyindən verilən məlumata görə, "112" xidməti artıq tətbiq olunub və "101" (yanğın xidməti), "102" (polis), "103" (təcili yardım) nömrələri ilə birgə fəaliyyət göstərir. Bu nömrənin tam fəaliyyəti üçün bütün xidmətlərin koordinasiyasını aparmaq lazımdır.Xatırladaq ki, belə nörmənin tətbiqi İKT-nin inkişafı üzrə "Elektron Azərbaycan" Dövlət Proqramı ilə nəzərdə tutulub. Hazırda bu nömrə ilə xilasetmə, təcili yardım, yanğın xidmətinə zəng vurmaq, yol qəzaları və s. hallarda müraciət etmək olar. Bundan başqa, nömrəyə su, qaz və elektrik enerjisinin verilişində yaranmış problemlərlə bağlı müraciətlər daxil olur. "112" təcili yardım nömrəsinə zəng pulsuzdur. /aze.az/

O.M.