Əfsanə oyun sürətlə əriyir

Əfsanə oyun sürətlə əriyir

12 May 2011 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Gəlmiş-keçmiş ən böyük oyunlardan biri olan "WoW" cəbhəsində vəziyyət tərsinə dönməyə başladı.

"MMORPG" deyildiyində ağla ilk gələn oyun olan "World of Warcraft" istifadəçi itirməyə başladı. "Blizzard" firmasının keçirdiyi maliyyə konfransında "WOW'"dakı istifadəçi sayının 2010-cu ilin yanvar ayında 12 milyon ikən, indi 11,4 milyona düşdüyü görüldü. 2010-cu ilin dekabr ayında bazara çıxarılan əlavə paket "Cataclysm"in bu istifadəçi sayını yüksəldəcəyi düşünülsə də, 4,7 milyon ədəd satılan paketdən o qədər də xeyir gəlmədi.

Bütün bunlara baxmayaraq, əlavə paket çıxarmaq planlarını sürətlə həyata keçirəcəklərini söyləyən "Blizzard" oyunçuların əvvəlki kimi ən az 2 il gözləməyəcəyi, artıq daha tez-tez fasilələrlə bazara əlavə paket çıxaracaqlarını ifadə etdi.

"World of Warcraft"ın istifadəçi sayında bir eniş yaşansa da, oyunun ən böyük "MMO" oyunu olduğu danılmaz bir həqiqətdir.

Günel Həbib