İngilislər: "Əsas silahlar üzrə Azərbaycan Ermənistandan üç dəfə üstündür"

İngilislər: "Əsas silahlar üzrə Azərbaycan Ermənistandan üç dəfə üstündür"

23 Avqust 2013 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
2013-cü ildə ölkənin müdafiə xərcləri təxminən 4 milyard dollar təşkil edib

Azərbaycanın Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyətinin artırılması üzrə görülən işlərin yekunlarını açıqlayıb.Oxumeni.az xəbər verir ki, nazirlik 2013-cü ilin əvvəlinə Azərbaycanın Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatlarına əsasən silah sistemləri üzrə Ermənistanı xeyli arxada qoyduğunu bəyan edib. Belə ki, tank və döyüş təyyarələri üzrə fərq 3 dəfə, tank əleyhinə sistemlər üzrə 10 dəfə təşkil edir (Azərbaycanın xeyrinə - red.). Nazirlik hərbi balansdakı bu dəyişikliyi Azərbaycan prezidenti İlham Əliyevin 10 illik siyasətinin həyata keçirilməsi ilə əlaqələndirir. Hərbi idarə qeyd edir ki, hələ 2003-cü ildə ölkənin 160 milyon dollar təşkil edən müdafiə xərcləri 2013-cü ildə 3,73 mlrd. dollara çatıb./abc.az/

O.M.