Azərbaycan 700 milyon dollarlıq neft satıb

Azərbaycan 700 milyon dollarlıq neft satıb

21 Avqust 2013 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 731 mln. 886 min dollar təşkil edib.Oxumeni.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründən 5% artıq olub.Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı 982,503 min ton təşkil edib.İlin yeddi ayında ixrac olunan neft məhsulları bu dövrdəki ümumi ixracın 5,28%-ni tutub.Yeddi ayda Azərbaycanın ticarət dövriyyəsi 20,045 milyard dollar olub ki, bunun da 13,863 milyard dolları ixracın payına düşüb.

O.M.