Gömrük orqanları büdcəyə 1 milyard dollara yaxın pul köçürüblər

Gömrük orqanları büdcəyə 1 milyard dollara yaxın pul köçürüblər

20 Avqust 2013 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-iyul ayları ərzində gömrük orqanlarından dövlət büdcəsinə köçürülən vəsaitin həcmi 764 mln. 015 min manat (974 milyon dollara yaxın) təşkil edib.Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründən 15% artıqdır.Yeddi ayda əlavə dəyər vergisi üzrə büdcəyə 550 mln. 761 min manat vəsait köçürülüb.Hesabat dövründə gömrük rüsumları üzrə büdcəyə köçürülən vəsait 157 mln. 982 min manat təşkil edib.Yanvar-iyul ayları ərzində aksizlər üzrə 45 mln. 232 min manat, yol vergisi üzrə 10 mln. 039 min manat vəsait büdcəyə daxil olub.

O.M.