Manatın 21 yaşı tamam olur

Manatın 21 yaşı tamam olur

15 Avqust 2013 11:12
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni manat 2006-cı ildən dövriyyəyə buraxılıb

Azərbaycan XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa edəndən sonra 1992-ci il avqustun 15-də milli valyutamız - manat dövriyyəyə buraxılmışdır.Oxumeni.az vergiler.az-a istinadən xəbər verir ki, ilk mərhələdə 1, 10 və 250 manatlıq əskinaslar, noyabrda isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əskinaslar dövriyyəyə buraxıldı.Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rublla paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu.illi Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olmuş və denominasiya çərçivəsində dövriyyədən geri yığılmışdır.2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.Yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixi ənənələrin daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsinin yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

O.M.