Azərbaycan manatı ilə bağlı saxta xəbər

Azərbaycan manatı ilə bağlı saxta xəbər

15 Avqust 2013 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Banker.az saytı Azərbaycan manatının 2014-cü ildə dəyişdiriləcəyi barədə foto məlumat yayıb. Məlumatda bildirilir ki, qeyri rəsmi məlumatlara görə 2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə olacaq.Belə ki, 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazların üzərində dahi şəxsiyyətlərin şəkilləri əks olunacaqdır.

Mərkəzi Bank isə əskinaslarla bağlı rəsmi məlumat yayıb. Sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılıb. Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yalnış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır.

O.M.